İnnovasiya lideri “Bakcell” Novruz tətilində xaricə səfər edən abunəçilər üçün rouminq xidmətini təqdim edir. “Bakcell”in müştəriləri xaricdə olduqları müddətdə də rahat və fasiləsiz ünsiyyət üçün müxtəlif rouminq paketlərindən yararlana bilərlər.
Səfərlər zamanı abunəçilərin üstünlük verdiyi seçimlərdən biri “hamısı daxil” rouminq paketləridir. Bu paketlər mobil internet, zəng və SMS xidmətlərini bir arada təqdim edir. Həftəlik paketi aktivləşdirmək üçün *125*550# qısa kodunu yığmaq kifayətdir.
“Bakcell” abunəçiləri səfərə çıxmazdan əvvəl gedəcəkləri ölkəni seçərək həmin istiqamət üzrə mövcud tariflər və rouminq paketləri ilə tanış ola bilərlər. Bu imkan istifadəçilərə səfərdən əvvəl uyğun paketi müəyyən edərək mobil rabitə xərclərini daha effektiv planlaşdırmağa kömək edir.
Abunəçilər ətraflı məlumatı şirkətin rəsmi saytı, “Bakcell” tətbiqi və Müştəri Xidmətləri mərkəzlərindən əldə edə bilərlər.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Son xəbərlər
Son Xəbərlər