Gəncədə bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində olub.
Belə ki, kəsici alətdən xəsarət alan Daşkəsən rayon sakini 1992-ci il təvəllüdlü Ramil Hüseynov şəhərin tibb müəssisələrindən birinə yerləşdirilib.
Onun kimin tərəfindən və ya hansı şəraitdə bıçaqlanması hələ ki, məlum deyil.
Polis əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər