“Bizim Müstəqillik Bəyannaməmiz münaqişə bəyannaməsidir”

bizim-musteqillik-beyannamemiz-munaqise-beyannamesidir
Oxunma sayı: 826

“Bizim Müstəqillik Bəyannaməmiz müstəqillik deyil, münaqişə bəyannaməsidir”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirilən brifinq zamanı söyləyib.

“Bu, Müstəqillik Bəyannaməsi deyil, münaqişə bəyannaməsidir və son nəticədə - asılılıq bəyannaməsidir”, - Paşinyan deyib.

Baş nazir region ölkələrini bir mərtəbədəki mənzillərlə müqayisə edərək bəyannamənin Ermənistanın qonşularına qarşı təhdidlər ehtiva etdiyini bildirib. Onun sözlərinə görə, bu şəraitdə ölkə yalnız xarici dəstək hesabına mövcud ola bilər:

“Xarici yardım gözləntisi isə bu yardımın gözlənildiyi ölkədən asılılığın artmasına səbəb olur. Beləliklə, bizim Müstəqillik Bəyannaməmiz - münaqişə və asılılıq bəyannaməsidir”.