3 ölkənin bölüşə bilmədiyi 18 milyard dəyərində dəfinə - Fotolar

3-olkenin-boluse-bilmediyi-18-milyard-deyerinde-define
Oxunma sayı: 18228

1708-ci ildə Karib dənizində batan “San Xose” gəmisinin yeni görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, həmin görüntülər Kolumbiya ordusu tərəfindən paylaşılıb.

Həmin gəmidə 200 tona yaxın qızıl, gümüş və zümrüd dəfinə olduğu bildirilir.

Gəmidəki xəzinənin 18 milyard dollar dəyərində olduğu önə sürülüb.

2015-ci ildə kəşf edilən gəmi İspaniya, Boliviya və Kolumbiya arasında mübahisələrə səbəb olub. Hər üç ölkə xəzinənin onlara məxsus olduğunu iddia edir.

Belə ki, 1708-ci ildə gəmi batdığı zaman Kolumbiya İspaniya İmperiyasının koloniyası idi. Digər tərəfdən gəmidəki qiymətli materiallar Peru və Boliviyaya aid torpaqlardan toplanıb.

Qeyd edək ki, 300 il əvvəl Karib dənizində İspan gəmiləri ilə Britaniya gəmiləri qarşı-qarşıya gəlib. İki tərəfin donanması arasında baş verən qarşıdurmada İspaniyanın “San Xose” gəmisi batıb.