3 yaşlı nəvəsini öldürən Osmanlı sultanı

3-yasli-nevesini-olduren-osmanli-sultani
Oxunma sayı: 9349


Osmanlıda qardaş və oğul qətli  

İlk dəfə I Osman (1300-1324) əmisi Dündarı öldürtdürüb.

Orxan (1324-1360) heç kəsi öldürtməyib.

I Murad Xudavəndigar (1360-1389) oğlunu öldürən ilk padşahdır. 1385-ci ildə ona qarşı çıxıb taxtı ələ keçirtməyə çalışan oğu Savcı bəyi edam etdirdi. Qardaşları Xəlil və İbrahimi də öldürtdürdü.

Murad Xudavəndigarın Kosovada öldürülməsindən sonra 27 yaşındakı oğlu şahzadə Yaqub atasını ölümündən xəbərsiz döyüş meydana çağırılaraq İldırım Bəyazidin (1389-1402) əmri ilə boğduruldu. İldırım Bəyazidin Teymura məğlub olmasından sonra oğulları arasında başlanan çəkişmə tarixdə “fetret” dövrü adlanır. Bu dövrdə İldırım Bəyazidin oğlu Süleyman Çələbi padşahlığını elan edərək 7 il 10 ay hökmranlıq edir. Ancaq onun hökmranlığını tanımayan qardaşı Musa Çələbinin əsgərləri tərəfindən öldürülür. Musa Çələbi isə Rumelidə 3 il 6 ay hökmranlıq etdi. Qardaşı Məhmət Çələbi ilə mübarizə aparaq məğlub olur və edam edilir.

Məhmət Çələbi (1413-1421) Osmanlı dövlətinin ikinci qurucusu hesab olunur. O, Mustafa Çələbidən başqa bütün qardaşlarını öldürtdürmüşdü.

II Murad (1421-1451) taxta çıxdığı vaxtlarda Düzməzə Mustafa deyə tanınan biri İldırım Bəyazidin oğlu olduğunu iddia etdi. Ətrafına topladığı adamlarla üsyan qaldıraraq taxta haqqı olduğunu irəli sürdü. Adətən xanədan üzvləri qan çıxarılmadan boğularaq öldürüldüyü halda II Muradın başı kəsilərək öldürüldü. Sultan Muradın ən kiçik qardaşı Mustafa bizanslılardan da dəstək alaraq hökmdarlıq sevdasına düşdü. İznikə çəkildi, 25 günlük mübarizədən sonra tutularaq asıldı. Əmisi Mustafa Çələbini, digər qardaşları Mahmud və Yusifi də öldürtdürdü.

Sultan Muradın ölümündən sonra taxta Fateh Sultan Məhmət (1444-1481) çıxdı. İlk iş olaraq 2 yaşındakı qardaşı Əhməd və Həsəni öldürtdürdü. Fateh qanunnaməsini çıxartdı. Bu qanunun məşhur maddəsinə görə Nizam-i aləm üçün şahzadələr öldürülə bilərdi. Bu maddəyə arxalanaraq taxta çıxan padşahlar onlara verilən bir haqq kimi qardaşlarını öldürməyə başladılar. Fateh əlavə olaraq iki arvadını da öldürtdürdü.

Fatehdən sonra II Bəyazid (1481-1512) taxta çıxanda qardaşı Cem Sultan canını qurtararaq qaça bilsə də italyanların əlinə düşdü. İtalyanlar onu padşaha qarşı istifadə etməyə başladılar. II Bəyazid İtaliyaya yolladığı bir bərbər Cem Sultanın boğazını kəsərək öldürdü.

I Səlim (1512-1520) (Yavuz Sultan Səlim) atasını öldürərək taxta çıxdı. Əhməd, Qorqud, Abdullah, Şehinşah, Şahsultan, Aləmşah, Mahmud və Məhməd adlı 8 qardaşını boğaraq öldürtdürdü. Onların bütün arvad və uşaqlarını da öldürtdürdü.

I Süleyman (1520-1526) (Qanuni Sultan Süleyman) oğlu şahzadə Mustafanı Hürrəm Sultandan olan oğlu Sarı Səlimin padşah olmasına imkan yaratmaq məqsədilə boğdurdu. Mustafanın biri 3 yaşında 3 oğlu, arvadı və bütün qohumları eyni gündə öldürüldü. Əlavə olaraq arvadı siciliyalı Rozalinanı da öldürtdürdü.

Qanuninin digər oğlu şahzadə Bəyazid də buna görə atası hələ sağ ikən üsyan etmişdi. Çünki atasının ölümündən sonra böyük qardaşı Sarı Səlim tərəfindən öldürüləcəyini (boğularaq) bilirdi.

II Səlim (1566-1574) hələ atası sağ ikən üsyan edən oğlu Bəyazidi Konyada məğlub etdi. Bəyazid qaçıb Səfəvilərə sığındı. Amma uzun danışıqlardan sonrası külli miqdarda pul qarşılığında Osmanlıya gətirildi və bütün ailəsi ilə birlikdə yox məhv edildi. 4 qız, 7 oğlan 11 uşağı öldü.

III Murad (1574-1595) Osmanlı mülkünü ələ keçirən kimi ilk iş olaraq 6 qardaşını boğdurdu. 130 cariyədən 112 uşağı oldu. Əksər arvadı doğuşdan sonra körpələri ilə birlikdə öldürülürdü. III Murad ölən gecə ondan hamilə olan 10 cariyə boğdurularaq Sarayburnundan dənizə atıldı.

III Məhməd (1595-1603) qundaqda olan körpə qardaşı da daxil olmaqla 19 qardaşını taxta çıxdığı gecə öldürtdürdü. Oğlu şahzadə Muradı da boğdurdu.

I Əhməd (1603-1617) atası III Məhmədin yerinə keçdi. Elə həmin gün biət mərasimi edildikdən sonra III Məhmədin cənazəsi Ayasofya məscidinə aparıldı. Cənazə namazı qılınacaqdı. Qələbəlik idi, lakin 13 yaşlı gənc padşah I Əhməd hələ gəlib çıxmamışdı.

Şeyxülislam bir neçə adamla padşahı çağırmaq üçün gedir. Şeyxülislam içəri daxil olduğu zaman padşahın düşündüyünü görür. Padşah ona belə deyir: “Taxt sahibi olmaq üçün 19 qardaşını və bir oğlunu öldürən adam atam olsa belə qatildir. Mən qatilin cənazə namazanı qılmaram. Siz qılın və dəfn edin.”

Beləliklə də Osmanlı dövlətində qardaş qətl etmək adəti yığışdırıldı.