Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı

sudaki-mikroplastiklerden-azad-olmagin-sade-yolu-tapildi
Oxunma sayı: 661

Çində alimlər tərəfindən aparılan yeni elmi tədqiqat ev şəraitində içməli suyu təhlükəli mikroplastiklərdən təmizləməyin son dərəcə asan və effektiv yolunu üzə çıxarıb.

“Qafqazinfo”nun xəbərinə görə, məlum olub ki, kran suyunu sadəcə qaynatmaq və xırda torlu süzgəcdən keçirmək orqanizmə daxil olan plastik hissəciklərinin miqdarını kəskin şəkildə azaldır.

Tədqiqatçıların açıqlamasına görə, mineral tərkibi zəngin olan sərt su qaynadıldıqda tərkibindəki kalsium-karbonat çökməyə başlayır və əhəng təbəqəsi əmələ gətirir. Yaranan bu isti əhəng kütləsi sudakı kiçik plastik hissəciklərini öz qabığına bükərək sıxışdırır. Bundan sonra suyu çay süzgəci kimi sadə bir metal tor vasitəsilə süzdükdə, əhəngə ilişib qalan bütün mikroplastiklər mayedən tamamilə təmizlənir.

Aparılan təcrübələr göstərir ki, bu üsul yumşaq suda mikroplastiklərin dörddə birini kənarlaşdırsa da, əhəng tərkibli sərt suda təmizləmə səmərəliliyi 90 faizə çatır.