31 yaşlı qadın 8 gündür yoxa çıxıb

31-yasli-qadin-8-gundur-yoxa-cixib
Oxunma sayı: 2572

Bakıda 31 yaşlı qadının itkin düşməsi barədə polisə müraciət daxil olub.

“Qafqazinfo” xəbər verir ki, 1991-ci il təvəllüdlü L.Rəhimova oktyabrın 27-də axşam saatlarında yaşadığı Yasamal rayonu, 2-ci Alatava yaşayış sahəsindəki evi tərk edib və bir daha geri qayıtmayıb.

Yaxınları onun xarakterik əlamətlərini və fotolarını polisə təqdim ediblər.

Müraciətlə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Nizam Rza