32 il əvvəl itkin düşən şəhidin adına xatirə kompleksi açıldı - Fotolar

32-il-evvel-itkin-dusen-sehidin-adina-xatire-kompleksi-acildi
Oxunma sayı: 1438

Ağsu rayonunun Qaraqoyunlu kəndində I Qarabağ müharibəsi şəhidi Fuad Babayevin adını daşıyan xatirə kompleksinin açılışı olub. 

“Qafqazinfo” xəbər verir ki, xatirə kompleksinin açılış mərasimində rayon ictimaiyyətinin nümayəndələri, Qaraqoyunlu kənd bələdiyyəsi, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

Mərasimdə Vətən uğrunda canından keçən şəhidin xatirəsi yad edilib, onun abidəsi üzərinə əklil və çiçəklər qoyulub. 

Qeyd edək ki, Babayev Fuad Əlhüseyn oğlu 1973-cü ildə Ağsu rayonunun Qaraqoyunlu kəndində anadan olub. O, 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlər zamanı itkin düşüb.