“Onlara verməyə “Patriot”umuz yoxdur”

onlara-vermeye-patriotumuz-yoxdur
Oxunma sayı: 2746

ABŞ-də hazırda Ukraynaya vermək üçün Patriot hava hücumundan müdafiə sistemləri yoxdur.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

O bildirib ki, ölkəsinin “Patriot” sistemləri hazırda bütün dünyada, o cümlədən Yaxın Şərqdə öz qoşunlarını qorumaq üçün yerləşdirilib:

“Əgər əlavə sistemlər əldə etsək, onları göndərəcəyik”.

Sallivan onu da deyib ki, ABŞ Avropa və dünyanın digər regionlarındakı tərəfdaşlarını Kiyevi mövcud hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyə inandırmaq niyyətindədir.

Xatırladaq ki, bir neçə gün öncə Ukrayna Prezidenti Volodimir Zelenski “Patriot”lara ehtiyac olduğu barədə çağırış etmişdi.