37 il sonra məzun oldular...

37-il-sonra-mezun-oldular
Oxunma sayı: 4744

Xəbər verdiyimiz kimi, bu gün ümumi təhsil məktəblərində “Son zəng” çalınır.

“Qafqazinfo”nun məlumatına görə, bu münasibətlə Xankəndidə maraqlı addım atılıb.

Belə ki, Xankəndidə keçirilən “Son zəng” tədbirinə 1988-ci ildə işğal səbəbilə Xankəndidə məzun ola bilməyənlər də qatılıb.

Onlar da bu il məzun olan şagirdlərlə eyni tədbirdə eyni həyəcanla iştirak ediblər.