40 nəfərin öldüyü terror aktının təşkilatçısı məhv edildi

40-neferin-olduyu-terror-aktinin-teskilatcisi-mehv-edildi
Oxunma sayı: 3257

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/KCK-PYD/YPG-nin “Mənbiç kəşfiyyat qrupunda” yer alan “Heysem Əbu Dəhham” kod adlı Heysem Cumanı zərərsizləşdirib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Heysem Cuma iyulun 9-da Mənbiçin mərkəzində şəxsi avtomobilinin içində “nöqtə əməliyyatı” ilə məhv edilib.

Qeyd edək ki, adıçəkilən terrorçu 2020-ci ilin aprelin 28-də Afrin şəhərinin mərkəzindəki aralarında uşaqların da olduğu 40 mülki şəxsin öldüyü və 47-sinin yaralandığı hücuma görə məsuliyyət daşıyırdı.