45 gün əvvəl evlənən Merve boşanır

45-gun-evvel-evlenen-merve-bosanir
Oxunma sayı: 2971

Oktyabrın 2-də ailə həyatı quran türkiyəli aktrisa-müğənni Merve Boluğur və aranjimançı Merd Aydın ayrılır.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən məlumat verir ki, evlilik üzüyünü çıxardığı iddia olunan aktrisanın sosial şəbəkədə etdiyi paylaşımlar da deyilənlərin doğruluğunu təsdiqləyib.

Belə ki, o, sosial şəbəkədə izləyicilərinin sevgi ilə bağlı verdiyi suallara müəmmalı cavablar verib. Merveyə verilən "Ən çox hansı hadisədən dərs çıxardınız?" sualına "Adam etdiklərimiz üzümüzə baxmaz oldu, ya da önəmsəməz...Çoxu mənim sayəmdə bir yerə gəlib. Bundan sonra heç kimə böyük yaxşılıq etməyəcəyəm" cavabını verib. Onun bu cavabı cütlüyün ayrılması iddialarını ortaya atıb.

Məlumata görə, 45 gün öncə ailə həyatı quran aktrisa evi tərk edərək öz ailəsi ilə yaşamağa başlayıb. Lakin hələlik ayrılıq iddiaları ilə bağlı tərəflərdən dəqiq açıqlama alınmayıb.

Qeyd edək ki, Merve Boluğur bundan əvvəl müğənni Murat Dalkılıçla ailəli olub.