5 aydan sonra möcüzə ola bilər... - Fotolar

5-aydan-sonra-mocuze-ola-biler
Oxunma sayı: 7042

Bu il fevralın 6-sı Türkiyədə baş vermiş dağıdıcı zəlzələlər nəticəsində minlərlə insan həyatını, yaxınlarını, evini itirdi. Dağıntılar altından hər gün yüzlərlə insan ya sağ, ya da cəsədi çıxarıldı. Günlər keçdikcə dağıntılar altından yaxınının cəsədinin belə çıxmasına sevinənlər oldu. Amma o gündən artıq aylar keçməsinə baxmayaraq, hələ də xəbər alına bilməyənlər də oldu. Elə Mursaloğlu ailəsi kimi...

“Qafqazinfo” xəbər verir ki, 1937-ci ildə yaradılan Hatay dövlətinə (Hatay dövləti 1939-cu ildə Hatay Dövlət Milli Məclisinin qəbul etdiyi qərarla Türkiyə Cümhuriyyətinin tərkibinə daxil edilərək Hatay vilayətinə çevrilib - red.) iki il rəhbərlik etmiş Tayfur Ata Sökmenin nəvəsi, Antakyanın tanınmış iş adamı, Antakya Ticarət Birjası İdarə Heyətinin sədri Ali Celal Mursaloğlunun oğlu Haydar Mursaloğlu zəlzələdə həyat yoldaşı Merve Kit və qızı Ada ilə birlikdə itkin düşüb.

Ötən gün isə sosial şəbəkələrdə geniş şəkildə paylaşılan bir foto 3 yaşlı Adanın sağ olması iddialarını ortaya çıxarıb. Belə ki, Merve Kitin anası Nadire Kit də bir əsgərin qucağında olan uşağın həmin şəklini paylaşaraq onun nəvəsinə bənzədiyini, həyatda ola biləcəyini iddia edib. 

Həmçinin oxuyun: Завтра ожидается до 37 градусов тепла

Hazırda həmin fotonun zəlzələ bölgələrindən hansında çəkildiyi və uşağın harada olduğu araşdırılır.

Qeyd edək ki, Haydar Mursaloğlu 2017-ci ildə iş adamı Ayhan Kitin qızı Merve Kitlə ailə qurub. 2020-ci ildə isə bu evlilikdən onların Ada adlı qızları dünyaya gəlib.

6 fevrala qədər xoşbəxt həyatları olan bu ailədən bu günə qədər heç bir xəbər yoxdur. Onların Antakyada yerləşən üçmərtəbəli malikanələrinin dağıntıları altında qaldıqları güman olunurdu. Lakin təbii fəlakətdən sonra axtarışlar aparılsa da, dağıntılar altından xidmətçilərinin cəsədi çıxsa da, onlar tapılmayıb. Daha sonra həmin binanın dağıntılarında yanğın hadisəsi baş verib. Lakin məlumata görə, bu yanğın onların sümüklərini belə yandıracaq qədər güclü olmayıb. Bundan sonra isə ailələr DNT nümunələri təqdim ediblər. Bunun nəticəsində də kimsəsizlər qəbiristanlığına baxılıb. Fotoları sosial şəbəkələrdə geniş şəkildə paylaşılaraq xəstəxanalara yayılıb. Ancaq ailənin tapılmasında zərrə qədər də irəliləyiş olmayıb.

Lamiyə Məmmədova