550 sərnişin olan təyyarəni ildırım vurdu

550-sernisin-olan-teyyareni-ildirim-vurdu
Oxunma sayı: 3602

Kanadada göyərtəsində 550 sərnişin olan təyyarəni ildırım vurub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “CityNews” məlumat yayıb.

Bildirilib ki, Vankuver Beynəlxalq Hava Limanından havaya qalxdıqdan sonra “Air Canada” şirkətinə məxsus “Boeing 777-300” təyyarəsini ildırım vurub. Təyyarə Londona uçurmuş. 

Təyyarədə quraşdırılmış xüsusi ildırım söndürmə sistemi sayəsində faciənin qarşısı alınıb.