“6 dekabr təqvimimizə deportasiya günü kimi salınsın”

6-dekabr-teqvimimize-deportasiya-gunu-kimi-salinsin
Oxunma sayı: 1936

“Təklif edirəm ki, 6 dekabr tarixi Qərbi Azərbaycanlıların deportasiyası günü kimi təqvimimizdə öz əksini tapsın”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Qərbi Azərbaycan İcmasının nəzarət təftiş komissiyasının üzvü, deputat Musa Quliyev parlamentdə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda keçirilən dinləmədə bildirib.

“Dinləmənin bugünkü günə salınması təsadüfi deyil. Çünki məhz 1988-ci ilin 6 dekabrında Nüvədi kəndi istisna olmaqla, Qərbi Azərbaycanda azərbaycanlıların sonuncu deportasiyası başa çatdı. Bu gün də həmin deportasiyanın 35 ilidir. Ona görə də təklif edirəm ki, 6 dekabr və ya bu ayın başqa günlərindən biri Qərbi Azərbaycanlıların deportasiyası günü kimi təqvimdə tarixləşdirək və hər ilin bu tarixini qeyd edək”, - deputat vurğulayıb.

Zaur Mirzə