6 nəfər xəstəxanaya aparılıb - Bakıda yanğın + Yenilənib

6-nefer-xestexanaya-aparilib
Oxunma sayı: 7158

Bakıda məcburi köçkünlərin yataqxanasında yanğın hadisəsi baş verib. Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, hadisə zamanı bir nəfər özünü 3-cü mərtəbədən atıb:

“Bizə daxil olan məlumata görə, sadəcə tüstülənmə olub. 2 briqadamız hadisə yerinə göndərilib. Hadisə zamanı 45 yaşında kişi qorxudan özünü binanın 3-cü mərtəbəsindən atıb. Həmin şəxs təcili yardım maşını ilə Sabunçu xəstəxanasına aparılıb. Hazırkı vəziyyəti barədə hələ ki, məlumat yoxdur”.

***

"Qafqazinfo"nun hadisə yerində olan əməkdaşlarınnı verdiyi məlumata görə, yanğın məcburi köçkünlərin yerləşdiyi Azərsutikintinin xəstəxanasının binasında 3-cü mərtəbədə baş verib. 4 nəfər tüstüdən zəhərlənib, bir nəfər başından və üzündən yanığ xəsarətləri alıb, bir nəfər isə şüşə parçalarından kəsik xəsarəti alıb. Hər biri təcili tibbi yardım maşını ilə xəstəxanaya yerləşdirilib.

Hazırda ərazidə 10-a yaxın TTY maşını gözləyir.

***

Özünü atan şəxsin Ağdam rayon sakini Kazım Məstanovun olduğu deyilib.

***

İlkin ehtimala görə, yanğın dəhlizdə elektrik qısa qapanmasından başlayıb.

***

Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə zamanı 3-ü kişi, 3-ü qadın və 1-i uşaq olmaqla 7 nəfərə yerində yardım göstərilib.

***

Rəsmi məlumata görə, yanğın 10 kvadratmetr sahədə baş verib. Dünən axşam da bu binada kiçik yanğın olub. FHN tərəfindən söndürülüb.

***

Xəstəxana binasında 103 məcburi köçkün ailəsi məskunlaşıb.

Günel Hacı

Murad Əhməd

Fotolar: Pərvin Zeynal