Amerikalı aktrisa və keçmiş model Demi Mur “Interview” jurnalı üçün kamera qarşısına keçib.
“Qafqazinfo” xəbər verir ki, onun fotoları nəşrin saytında dərc olunub.
Demi transparan geyimlərdə pozlar verib. Bu kadrların müəllifi kanadalı rəssam, model və fotoqraf Petra Kollinz olub.
Hollivud aktrisası 20 il əvvəl səhnələrdə onun üçün “yer” olmadığını düşündüyünü söyləyib:
“Maraqlısı odur ki, 40 yaşıma çatanda tənqidləri daha çox hiss etdim. “Çarlinin mələkləri”ndə oynayırdım və bikini geyindiyim səhnə çox müzakirə olunurdu, hər şey o qədər üst-üstə düşürdü ki, necə göründüyüm haqqında çox danışılırdı. Və sonra düşündüm ki, mənim üçün səhnədə yer yoxdur. Hollivud o yaşda olan qadınlara qarşı qəddar davranır, burada artıq rezonans doğuran ssenariləri və ya personajları tapa bilmirsən”.
Qeyd edək ki, Demir Mur isə üç dəfə evli olub: 1980-1985-ci illərdə rok-musiqiçi Freddi Murla, 1987-2000-ci illərdə aktyor Brüs Uillislə, 2005-2013-cü illərdə isə aktyor Eşton Kutçerlə. Onun Brüslə nikahından Rumer, Skaut və Tallulu adlı üç qızı var. Onu da bildirək ki, Demi 2003-cü ildə çəkilən “Çarlinin mələkləri”i filmində Kameron Diaz ilə birgə rol alıb.










Son xəbərlər
Son Xəbərlər