62 yaşlı kişi qayadan yıxılaraq öldü

62-yasli-kisi-qayadan-yixilaraq-oldu
Oxunma sayı: 2011

Göygöldə 62 yaşlı kişi qayadan yıxılaraq ölüb.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Çaykənd kəndində qeydə alınıb.1960-cı il təvəllüdlü Elman Məhərəmov kənd ərazisində olarkən qayadan yıxılıb. 62 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanda ölüb.

Faktla bağlı araşdırma aparılır.