700 seçici belə səs verdi

700-secici-bele-ses-verdi
Oxunma sayı: 2181

Türkiyənin Bursa şəhərində səs vermək istəyən ortopedik əlil və yaşlı insanlara pulsuz nəqliyyat təmin edilib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu imkan sayəsində 700-ə yaxın seçici səs verib.

Bursa Böyükşəhər Bələdiyyəsi 13-cü prezident seçkiləri üçün bütün imkanlarını səfərbər edib. Əlil arabası və akkumulyatorla işləyən stullardan istifadə edən vətəndaşların pulsuz daşınması təmin olunub.

Həmçinin oxuyun: В Турции завершился второй тур на выборах президента - Обновлено

Sağlamlıq İşləri Şöbə Müdirliyi və Əlillər Şöbə Müdirliyinin koordinasiyasında 22-si təcili yardım olmaqla 100-ə yaxın vasitə təyin edilib.

Xatırladaq ki, mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün bu gün səsvermənin ikinci turu baş tutur. Hazırda prezidentlik kürsüsü uğrunda “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparır.

Bu turda ən çox səs toplayan namizəd növbəti 5 il Türkiyə Prezidenti olacaq.