72 yaşlı motosikletçini maşın vurub öldürdü - Fotolar

72-yasli-motosikletcini-masin-vurub-oldurdu
Oxunma sayı: 3016

Kürdəmirdə 72 yaşlı motosikletçini avtomobil vuraraq öldürüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.

Belə ki, həmin yolda dönmə əməliyyatını həyata keçirən “Changan” markalı avtomobilin sürücüsü Ramin Bayramovun avtomobilinə eyni istiqmətdə motosikletlə hərəkət edən sürücü Tahir Əkbərov çırpılıb.

Nəticədə motosikletin sürücüsü Şamaxı rayon sakini 1953-cü il təvəllüdlü Əkbərov Tahir Seyyid oğlu elə hadisə yerindəcə dünyasını dəyişib.

Onun meyiti ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev