Nərimanovda YAP-ın 34-cü ildönümünə həsr olunmuş tədbir - Fotolar

nerimanovda-yap-in-34-cu-ildonumune-hesr-olunmus-tedbir
Oxunma sayı: 110

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 34-cü ildönümü münasibətilə YAP Nərimanov rayon təşkilatının akt zalında tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyularaq dahi şəxsiyyətin əziz xatirəsinə ehtiram ifadə olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi əhəmiyyətindən, ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm roldan və keçdiyi inkişaf yolundan bəhs edib. O, Partiyanın Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və xalqın dəstəyi ilə yaradıldığını, bu gün Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə uğurla fəaliyyətini davam etdirdiyini vurğulayıb.

Tədbirdə iştirak edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev çıxış edərək Partiyanın 34 illik fəaliyyəti, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, ölkəmizin siyasi və sosial-iqtisadi inkişafındakı rolu barədə ətraflı danışıb. Elgin Həbibullayev Yeni Azərbaycan Partiyasının cəmiyyətin aparıcı siyasi qüvvəsi kimi ölkənin inkişaf strategiyasının həyata keçirilməsində mühüm yer tutduğunu qeyd edib.

YAP Veteranlar Şurasının üzvü Nazim İsmayılov, Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü Aydın Hüseynov, Nərimanov Bələdiyyəsinin və Azərbaycan Şəhər Bələdiyyələri Milli Assossasiyasının sədri Təmraz Tağıyev çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixindən və həmin dövrdə ölkədə mövcud olan mürəkkəb ictimai-siyasi şəraitdən bəhs edən bəhs ediblər. Natiqlər Ulu Öndər Heydər Əliyevin ətrafında birləşən insanların böyük məsuliyyət və inamla bu siyasi təşkilatın formalaşmasında iştirak etdiklərini diqqətə çatdırıblar, partiyanın 34 il ərzində keçdiyi şərəfli yolun hər bir üzv üçün qürur mənbəyi olduğunu bildiriblər.

Tədbirin davamında Partiyanın ictimai-siyasi həyatındafəallığı ilə fərqlənən şəxslərə təltiflər, Yeni Azərbaycan Partiyasının sıralarına qoşulan yeni üzvlərə isə vəsiqələr təqdim edilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə şəkli çəkdirilib.