Avstraliyada Cordan Leyn adlı deputat Yeni Cənubi Uels ştatının parlamentində son çıxışı zamanı maraqlı addımı ilə diqqət çəkib.
“Qafqazinfo” xəbər verir ki, millət vəkili çıxış edərkən zalda 10 ildən çoxdur sevgi münasibətlərində olduğu Natali adlı qadın da olub.
O, çıxışının sonunda cibindən üzük çıxararaq Nataliyə evlilik təklif edib. 32 yaşlı millət vəkilinin sualı isə müsbət cavablandırılıb.
Hadisə zaldakıların alqışları ilə müşayiət olunub. Anın görüntüləri isə sosial şəbəkələrdə maraqla qarşılanıb.
Qeyd edək ki, Cordan Leyn bir müddət əvvəl postunu tərk edəcəyini açıqlayıb.
Son xəbərlər
Son Xəbərlər