Azərbaycanda magistral yol yararsız hala düşdü - Video

azerbaycanda-magistral-yol-yararsiz-hala-dusdu
Oxunma sayı: 361

Azərbaycanın əsas magistral yollarından olan M-4 - Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsi tamamilə yararsız vəziyyətə düşüb.

“Qafqazinfo” xəbər verir ki, jurnalist Rəşad Rəşidov yolun Ağsudan keçən hissəsindən görüntülər paylaşaraq buranın sürücülər və nəqliyyat vasitələri üçün təhlükəli yerə çevrildiyini deyib.

Bildirilib ki, respublika əhəmiyyətli magistral yollardan biri olan Bakı-Şamaxı-Yevlax yolunun bu hissəsində dərin çalalar və çökmələr yaranıb. Sürət həddi saatda 90 kilometr təyin edilsə də, həmin ərazidən qeyd edilən sürətlə keçmək mümkün deyil. Bu sürətlə hərəkət edən nəqliyyat vasitələri isə qəza riski ilə yanaşı, texniki problemlərlə də üzləşir.

Qeyd edək ki, haqqında bəhs edilən magistralın uzunluğu 280 kilometrdir.