Bakı metropolitenində qatarların hərəkətində gecikmə müşahidə olunur.
“Qafqazinfo”ya bu barədə sərnişinlər məlumat verib.
Qatarların gecikməsi sıxlığa səbəb olub.
Gecikmənin səbəbi ilə bağlı məlumat hələ ki, yoxdur.
Metronun “28 May” stansiyasından çəkilmiş görüntüləri təqdim edirik:
***
Bakı Metropoliteni QSC-dən bildirilib ki, qırmızı xətdə qatarların hərəkətinin tənzimlənmə qurğusunda qısamüddətli texniki xəta baş verib.
“Bu səbəbdən hərəkət təhlükəsizliyini təmin edən mühafizə sistemi işə düşüb və qatarların hərəkəti ehtiyat sistem vasitəsilə tənzimlənib.
Nəticədə yalnız Qırmızı xətdə qatarların hərəkətində yubanmalar yaranıb. Yaşıl və Bənövşəyi xətlərdə isə qatarlar normal qrafik üzrə hərəkətini davam etdirib.
Dərhal texniki baxış keçirilib, xəta müəyyən edilərək 5 dəqiqə ərzində operativ şəkildə aradan qaldırılıb. Hazırda Qırmızı xətdə qatarların hərəkəti pik saat intervalına uyğun təmin edilir”, - deyə məlumatda qeyd edilib.




Son xəbərlər
Son Xəbərlər