Məşhur türk bloqer Ruhi Çenetin yutub kanalı oğurlanıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yutubda yayımladığı videolarla tanınan və 9 milyon izləyicisi olan Ruhi Çenet bu barədə instaqramın hekayə bölməsində paylaşım edib.
Bloqer “Kanalımız oğurlanıb. Bu saxta yayımlara inanmayın”, - yazıb.
Çenetin oğurlanan hesabının adı da dəyişdirilib. Kibercinayətkarlar onun bütün videolarını silib.