90 il sonra...

90-il-sonra
Oxunma sayı: 9251

Son bir həftədir, dünyanın əsas gündəmi İsrail və Fələstin arasında yaşanan münaqişəyə yönəlib.

Belə bir zamanda hər iki tərəf yaşadığı dəhşətli günləri müxtəlif bənzətmələrlə ifadə edir.

İsrail rəsmiləri bu çətin zamanları Holokostla müqayisə edərək, hazırki vəziyyəti ondan sonrakı ən çətin vaxtlar adlandırırlar.

Bəs, Holokost nədir və tarixdə hansı yeri tutur?

“Qafqazinfo” xarici KİV-ə istinadən Holokostun tarixi və əhəmiyyətini təqdim edir:

Holokost 1933 və 1945-ci illərdə  Adolf Hitlərin başçılığı ilə Nasist Almaniyasının yəhudiləri sistematik şəkildə öldürməsini özündə əks etdirən ifadədir.

Son hesablamalar təxminən 10-11 milyon insanın nasist rejimi tərəfindən öldürüldüyünü göstərir.

Holokostdan əvvəl doqquz milyon olan Avropa yəhudilərinin təxminən üçdə ikisi öldürülüb.

Holokostda bir milyondan çox yəhudi uşaq, iki milyon qadın və üç milyon kişi qətlə yetirilib.

Yəhudilər nasistlər tərəfindən necə öldürülüb?

Nasist rejimi yəhudiləri gettolarda həbs edərək onları müxtəlif zaman kəsiyində ölüm hökmünə məhkum edirdilər.

Sağ qalanlar isə ölümcül işlərə məruz qalır, ya tibbi təcrübələr üçün istifadə olunur, ya da sistematik olaraq qaz kameralarında öldürülürdülər.

Holokostun məqsədi nə idi?

Holokostun əsas motivi sırf ideoloji idi. Nasistlərin fikrincə, “xəstəliyə tutulmuş”, “gizli şəkildə bəşəriyyətə zərər verməyə çalışan” və “daima dünyanı idarə etməyi planlaşdıran” yəhudilər dünyanın qarşısında ən böyük maneə idi və bu, aradan qaldırılmalıydı.

Buna görə də vaxt itirmək istəməyən Hitler tez bir zamanda soyqırım planını nasistlər tərəfindən işğal edilmiş Avropa ölkələrinin sərhədləri daxilində həyata keçirdi.

Yəhudilərin öldürüldüyü nasist düşərgələri Auschwitz, Belzec, Chelmo, Jasenovac, Maydanek, Maly Trostenets, Sobibir və Treblinka idi.

Neçə adam öldürüldü?

Ən çox zərər çəkmiş bölgə 1939-cu ildə yeddi milyondan çox yəhudi əhalisi olan Mərkəzi və Şərqi Avropa idi. Müharibədən əvvəlki Polşada təxmini yəhudi əhalisi üç milyon 300 min idi və onlardan təxminən 3 milyonu öldürüldü. Bu dəhşətli mənzərəni Sovet İttifaqında 2,2 milyon, Çexoslovakiyada 500 min, Almaniyada 165 min, Avstriyada 65 min, Fransa və Belçikada 32 min, Hollandiyada 100 min yəhudi izləyir.

Dünyada hər il 27 yanvar Holokost Qurbanlarının Anım Günü kimi qeyd olunur.

Şükufə Süleymanlı