Yeni Klinikada 90 yaşlı qadın pasiyent üzərində yüksək riskli əməliyyat həyata keçirilib.
“Qafqazinfo” xəbər verir ki, sol bud-çanaq nahiyəsində bud sümüyünün burmalar səviyyəsində yerdəyişmiş sınığı diaqnozu qoyulan pasiyentin yaşı və mövcud yanaşı xəstəlikləri əməliyyatın yüksək risk daşımasına səbəb olsa da, cərrahi müdaxilə uğurlu olub.
Əməliyyatdan sonrakı dövrdə pasiyentin vəziyyəti stabil qiymətləndirilib və əməliyyatdan 1 gün sonra aktivləşdirilərək erkən reabilitasiya mərhələsinə başlanılıb.
Son xəbərlər
Son Xəbərlər