“Abraham Lincoln” sıradan çıxarılıb?

abraham-lincoln-siradan-cixarilib
Oxunma sayı: 2817

İranın Hərbi Dəniz Qüvvələri (HDQ) ABŞ-nin “USS Abraham Lincoln” aviadaşıyıcısına bir neçə zərbə endirərək onu qismən sıradan çıxarıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu iddia ilə İran Silahlı Qüvvələrinin “Hatəm əl-Ənbiya” mərkəzi qərargahının nümayəndəsi çıxış edib.

“ABŞ-nin “Abraham Lincoln” aviadaşıyıcısı İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri tərəfindən vurularaq sıradan çıxarılıb”, - İranın dövlət teleradio şirkətinin yayımladığı bəyanatda deyilir. 

İran Silahlı Qüvvələrinin iddiasına görə, bu hücumdan sonra aviadaşıyıcı Fars körfəzi bölgəsini tərk edib və ABŞ istiqamətində yola düşüb.