İran gəmisi sualtı qayıq hücumuna məruz qaldı - 80 nəfər həlak oldu+Yenilənib

iran-gemisi-sualti-qayiq-hucumuna-meruz-qaldi
Oxunma sayı: 8107

İrana məxsus “Iris Dena” gəmisi Şri-Lanka sahillərində sualtı qayıq hücumuna məruz qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” Şri-Lankanın Hərbi-Dəniz Qüvvələri və Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb. 

Hücum nəticəsində 78 nəfərin xəsarət aldığı, daha 101 nəfərin itkin düşdüyü bildirilir.

Qeyd edək ki, daha əvvəl gəminin Şri-Lanka sahillərində həyəcan siqnalı göndərdiyi barədə xəbər yayılmışdı. Hadisə nəticəsində 30 nəfərin xilas edildiyi və onların xəstəxanaya çatdırıldığı bildirilirdi.

***

Hind okeanında ABŞ sualtı qayığı tərəfindən İran hərbi gəmisinə endirilən raket zərbəsi nəticəsində azı 80 nəfər həlak olub.