ABŞ-da hərbi fabrikdə partlayış olub - Ölən və yaralanan var

abs-da-herbi-fabrikde-partlayis-olub
Oxunma sayı: 632

ABŞ-ın Missuri ştatının İndependens şəhərindəki hərbi fabrikdə partlayış olub.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Partlamanın hansı səbəbdən baş verdiyi açıqlanmayıb.

Fabrikdə kiçik kalibrli mərmi istehsal edildiyi bildirilib.