ABŞ-dən Ukraynaya 300 milyon dollarlıq yardım

abs-den-ukraynaya-300-milyon-dollarliq-yardim
Oxunma sayı: 1200

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 300 milyon dollarlıq yeni yardımın ayrılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Nümayəndələr Palatası Müdafiə Nazirliyinin (Pentaqon) büdcəsindən ayrılaraq yeni qanun layihəsinə çevrilən və Ukraynaya 300 milyon dollarlıq yeni yardım nəzərdə tutan qanun layihəsini səsə qoyub.

Səsvermədə qanun layihəsi 311 “hə” və 117 “yox” səsi ilə təsdiq edilib.

Həmçinin, Pentaqonun 2024-cü il büdcəsinə Ukraynaya yardımın daxil edilməsi respublikaçılarla demokratlar arasında gərginliyə səbəb olub.