ABŞ Dövlət katibi danışıqlara qayıtmağa çağırdı

abs-dovlet-katibi-danisiqlara-qayitmaga-cagirdi
Oxunma sayı: 2809

ABŞ Dövlət katibi Mayk Pompeo Dağlıq Qarabağdakı döyüşlərin dayandırılmasına və danışıqlara qayıtmağa çağırıb.

“Qafqazinfo” xəbər verir ki, Pompeo bu barədə Yunanıstan Baş Naziri Kriakos Mitsotakis ilə birlikdə ABŞ-ın Krit adasındakı hərbi bazasına səfəri zamanı açıqlama verib. Pompeonun çıxışı Yunanıstanın dövlət televiziyası ERT-də canlı yayımlanıb.

“Dağlıq Qarabağdakı gərginliyə son qoyulmalıdır. Bütün tərəflər sülh yolu ilə həll axtarışına töhfə verməlidirlər”,- deyə o qeyd edib.