“ABŞ Hörmüzdəki nəqliyyat sıxlığının həllinə kömək edəcək”

abs-hormuzdeki-neqliyyat-sixliginin-helline-komek-edecek
Oxunma sayı: 875

“ABŞ Hörmüz boğazında nəqliyyatın sıxlığını aradan qaldırmaq üçün tədbirlər görəcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

“Çoxlu müsbət addımlar atılacaq! Böyük qazanc imkanları yaranacaq. İran yenidənqurma prosesinə başlaya bilər. Hər şeyin düzgün getməsi üçün lazım olan bütün təchizat təmin ediləcək”, - o qeyd edib.

“Dünya Sülhü üçün böyük bir gün! İran bunun baş verməsini istəyir və kifayət qədər münaqişə yaşadılar. Başqaları da eyni addımı atmalıdır”, - ABŞ lideri vurğulayıb.

Tramp daha əvvəl CNN-ə verdiyi müsahibədə boğaza ABŞ və İran tərəfindən birgə nəzarət ediləcəyini bildirmişdi:

“Buraya birgə nəzarət ediləcək. Mən və Ayətullah – kim olursa olsun – bu prosesi izləyəcəyik”.

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi daha əvvəl açıqlamışdı ki, Hörmüz boğazından təhlükəsiz keçid yalnız İran Silahlı Qüvvələri ilə koordinasiya və texniki məhdudiyyətlərin nəzərə alınması yolu ilə mümkün olacaq.

Xatırladaq ki, Hörmüz boğazı dünya neft ticarətinin təxminən 20%-nin daşındığı strateji bir marşrutdur və müharibənin başlanmasından bəri əsasən fəaliyyətini dayandırmışdı.