ABŞ İsrailə 106,5 milyon dollarlıq silah satışını təsdiqlədi

abs-israile-1065-milyon-dollarliq-silah-satisini-tesdiqledi
Oxunma sayı: 1324

ABŞ administrasiyası tank güllələri də daxil olmaqla təxminən 106,5 milyon dollarlıq hərbi texnikanın İsrailə satışını təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Müdafiə Təhlükəsizlik və Əməkdaşlıq Agentliyi məlumat paylaşıb.

Məlumatda, İsrailin 13 min 981 tank mərmisi almaq üçün müraciət etdiyi, ABŞ-nin “İsrailin təhlükəsizliyinə sadiq qalmağa davam etdiyi” bildirilib.