“ABŞ, NATO və Ukrayna Rusiya ilə danışıqlardan imtina edir”

abs-nato-ve-ukrayna-rusiya-ile-danisiqlardan-imtina-edir
Oxunma sayı: 1946

“ABŞ və NATO bütün ölkələr üçün bərabər təhlükəsizliyin təmin edilməsi ilə bağlı Rusiya ilə danışıqlardan imtina edir, Ukrayna Prezidenti Volodimir Zelenski isə Rusiya ilə danışıqlar aparmağın mümkünsüzlüyünü qanuniləşdirib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin İkinci Rusiya-Afrika Sammitinin plenar iclasında bildirib.

“Bütün ziddiyyətlər danışıqlar zamanı həll olunmalıdır, amma problem ondadır ki, bizimlə danışıqlar aparmaqdan imtina edirlər. Münaqişə ABŞ və NATO tərəfindən Rusiyanın təhlükəsizliyinə təhdidlərin yaranmasına əsaslanır və onlar, bir daha təkrar edirəm, Rusiya da daxil olmaqla hər kəs üçün bərabər təhlükəsizliyin təmin edilməsi ilə bağlı danışıqlardan imtina edirlər. Ukraynanın özü, daha doğrusu, bugünkü Ukrayna rejimi danışıqlardan imtina edir. Bu barədə rəsmi şəkildə bəyan edilib və Ukrayna Prezidenti bu məsələ ilə bağlı danışıqların aparılmasını qadağan edən müvafiq dekret qəbul edib”, - Putin deyib.

Putin bu problemə diqqət yetirdiyinə görə afrikalı həmkarlarına təşəkkür edib və əlavə edib ki, digər tərəflə də dialoq aparmaq lazımdır.