ABŞ onları terror təşkilatları siyahısına qaytardı

abs-onlari-terror-teskilatlari-siyahisina-qaytardi
Oxunma sayı: 1644

ABŞ Yəmənin husi hərəkatının üzvlərini yenidən terror təşkilatı adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ administrasiyası məlumat yayıb.

Bildirilib ki, bu addım husilərin Qırmızı dəniz və Ədən körfəzində gəmilərə davam edən hücumları ilə əlaqəlidir.

Vaşinqton həmçinin husilərin gəmilərə hücumlarını dayandıracağı təqdirdə onları siyahıdan çıxarmağa hazır olduğunu bildirib.

O da qeyd olunub ki, qərar 30 gündən sonra qüvvəyə minəcək.