ABŞ təyyarə ilə Rusiya sərhədini pozdu - Göyə qırıcı qaldırıldı

abs-teyyare-ile-rusiya-serhedini-pozdu
Oxunma sayı: 1210

ABŞ-a məxsus B-52 tipli bombardmançı-təyyarə Baltik dənizi üzərində Rusiya sərhədlərini pozub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi dərhal Su-27 tipli qırıcı-təyyarəsini havaya qaldırıb.

Su-27 ABŞ təyyarəsini Rusiya sərhədlərindən uzaqlaşdırana qədər onu izləyib. ABŞ təyyarəsinin hansı məqsədlə sərhəddi keçdiyi bilinmir.

Qeyd edək ki, buna bənzər hadisə ötən ay Qara dəniz üzərində baş vermişdi.