“ABŞ Ukraynadakı münaqişəni mümkün qədər uzatmaq istəyir”

abs-ukraynadaki-munaqiseni-mumkun-qeder-uzatmaq-isteyir
Oxunma sayı: 1509

“ABŞ Ukraynadakı münaqişəni mümkün qədər uzatmaq və onu daha da qanlı etmək istəyir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“ABŞ və onun NATO müttəfiqləri son aylarda Ukraynaya silah tədarükü nomenklaturasını, o cümlədən ağır tanklar, artilleriya və uzunmənzilli qanadlı raketlərin tədarükünü nəzərəçarpacaq dərəcədə genişləndiriblər. Hazırda Kiyevə F-16 təyyarələrinin verilməsi ilə bağlı danışıqlar aparılır”, - deyə nazir müavini qeyd edib.

Siyasətçinin sözlərinə görə, Vaşinqton və Londonun münaqişəni mümkün qədər uzatmaq, onu daha da qanlı etmək istəyi göz önündədir.

Qaluzin bildirib ki, Ukraynanın birinci şəxslərinin bəyanatları və Qərb siyasətçilərinin qarşıdakı “əks-hücum” barədə müntəzəm şərhləri anqlo-saksların Rusiyaya strateji məğlubiyyət verməsi üçün həyata keçirdiyi xəttin eynisidir.