ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırdı

abs-ukraynaya-yeni-herbi-yardim-paketi-ayirdi
Oxunma sayı: 1665

ABŞ hakimiyyəti Ukraynaya əlavə hava hücumundan müdafiə və sursat daxil olmaqla 2,1 milyard dollarlıq yeni hərbi yardım paketi təqdim etmək qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı ABŞ Müdafiə Nazirliyi bəyanat yayıb.

“Dəyəri 2,1 milyard dollara qədər olan bu paketə mühüm hava hücumundan müdafiə yardımı, eləcə də sursat tədarükü daxildir”, - bəyanatda bildirilir.

Pentaqonun məlumatına görə, yardım, xüsusən HAWK hava hücumundan müdafiə sistemləri, Puma pilotsuz təyyarələri, 105 və 203 mm-lik artilleriya mərmilərindən ibarət olacaq. Birləşmiş Ştatlar həmçinin raket sistemləri üçün lazerlə idarə olunan döyüş sursatlarını da təhvil verəcək.