ABŞ və Almaniya Zelenskini Rusiya ilə danışıqlara təşviq etmək istəyir

abs-ve-almaniya-zelenskini-rusiya-ile-danisiqlara-tesviq-etmek-isteyir
Oxunma sayı: 2432

Amerika Birləşmiş Ştatları və Almaniya Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya ilə danışıqlara təşviq etmək istəyir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bild” qəzeti Almaniyanın hökumət dairələrindəki mənbələrə istinadən yazıb.

“Zelenski özü başa düşməlidir ki, bu belə davam edə bilməz. Kənardan tələblər olmadan o, öz istəyi ilə xalqa üz tutmalı və danışıqların aparılmasının lazım olduğunu izah etməlidir", - deyə mənbə qəzetə bildirib.