ABŞ yaxın günlərdə İranı vurmağa hazırlaşır - KİV

abs-yaxin-gunlerde-irani-vurmaga-hazirlasir
Oxunma sayı: 2604

ABŞ-nin yüksəkrütbəli rəsmiləri yaxın günlərdə İrana mümkün zərbə endirməyə hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, potensial hücum iyunun 21-22-də həyata keçirilə bilər, lakin planların dəyişməsi ehtimalı var.

Mənbələr bildiriblər ki, ABŞ Prezidenti Donald Trampın ABŞ-nin İran-İsrail münaqişəsinə müdaxiləsi ilə bağlı mövqeyi son günlər Respublikaçı müttəfiqlərin təzyiqi nəticəsində kəskin şəkildə dəyişib.