Acun da futbolu Bakıda izləyib - Fotolar

acun-da-futbolu-bakida-izleyib
Oxunma sayı: 4502

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı ötən gün Azərbaycana gəlib.

“Qafqazinfo” xəbər verir ki, o, “AVRO-2020”nin A qrupunda yer alan Türkiyə-Uels oyununu izləmək üçün paytaxtımızda olub.

Acunun Bakı Olimpiya Stadionunda lentə alınan fotoları sosial şəbəkələrdə paylaşılıb.

“Beşiktaş”ın baş məşqçisi Sergen Yalçın və Türkiyə yığmasının sabiq üzvü Emre Belözoğlu da qardaş ölkə yığmasının oyununu paytaxtımızda izləyib.

Qeyd edək ki, ilk matçda İtaliya millisinə uduzan Şenol Günəşin komandası bu oyunda da məğlubiyyətlə üzləşib. Qarşılaşma Uelsin 2:0 hesablı qələbəsi ilə başa çatıb.