Adel ikinci dəfə evlənib?

adel-ikinci-defe-evlenib
Oxunma sayı: 3204

Dünyaca məşhur müğənni Adelin sevgilisi Rich Paulla gizlincə evləndiyi iddia olunub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, həmin iddiaların güclənməsinə səbəb müğənninin sevgilisinə "ərim" deyə müraciət etməsi olub.

TikTok canlı yayımında pərəstişkarlarından biri Adelə evlənmə təklifi edib və cavab olaraq “Sən mənimlə evlənə bilməzsən və ərim bu gecə buradadır", - deyə Adel bildirib.

Qeyd edək ki, Adel 1 dəfə evli olub. Onun bu evlilikdən bir övladı var.