AZCON Holding şirkətlərindən olan Azərbaycan Dəmir Yolları (ADY) bu ilin 11 ayı ərzində 350 blok-qatar, o cümlədən 128 tranzit qatar qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı ADY məlumat yayıb.
Bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 34% artım deməkdir.
Qeyd olunan dövrdə ümumilikdə 123 992 TEU konteyner yük daşınıb ki, bu da 2024-cü ilin analoji dövrünün göstəricisindən (105 496 TEU) təxminən 18 faiz çoxdur.
Son xəbərlər
Son Xəbərlər