“Aeroflot” bütün beynəlxalq uçuşları dayandırdı

aeroflot-butun-beynelxalq-ucuslari-dayandirdi
Oxunma sayı: 3866

Rusiyanın “Aeroflot” aviaşirkəti martın 8-dən bütün beynəlxalq reysləri dayandırır.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı aviaşirkət yayıb.

““Aeroflot” uçuşların yerinə yetirilməsinə mane olan əlavə halların yaranması ilə əlaqədar martın 8-dən etibarən bütün beynəlxalq uçuşların müvəqqəti dayandırılması barədə məlumat yayır. Uçuşların dayandırılması, həmçinin “Rossiya” və “Avrora” aviaşirkətlərinin cədvəlindəki beynəlxalq istiqamətlərə də şamil edilir”, - deyə məlumatda qeyd olunub.