Aeroport yolunda sürət həddi endirildi

aeroport-yolunda-suret-heddi-endirildi
Oxunma sayı: 354

Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları məlumat-sürət tablolarında dəyişiklik edib.

Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub.