Ayxan Abbasovla Saşa İliç arasında qalmaqal - Hakim onları meydandan qovdu - Video

ayxan-abbasovla-sasa-ilic-arasinda-qalmaqal
Oxunma sayı: 4040

Azərbaycan Premyer Liqasının 13-cü turunda keçirilən “Şamaxı” - “Sumqayıt” matçının sonlarında ara qarışıb.

“Qafqazinfo” xəbər verir ki, qonaqların bərabərlik qolundan sonra “Sumqayıt”ın baş məşqçisi Saşa İliç meydan sahiblərinin məşqçilər korpusuna tərəf qaçaraq qeyri-etik jest edib.

Buna etiraz edən Ayxan Abbasov isə onun üstünə hücum çəkib.

Oyunun baş hakimi Tural Qurbanov hər iki mütəxəssisə qırmızı vərəqə göstərib və meydandan qovub.