AFFA-dan millimizin sabiq üzvünə 15 oyunluq cəza

affa-dan-millimizin-sabiq-uzvune-15-oyunluq-ceza
Oxunma sayı: 1593

AFFA İntizam Komitəsinin bugünkü iclasında aşağı liqalarda baş verən neqativ hallara da hüquqi qiymət verilib.

“Qafqazinfo” xəbər verir ki, U-16 Liqasının ROFM – “Səbail” oyununda matçın 30-cu dəqiqəsində “Səbail” komandasının rəsmi şəxsi Ramal Hüseynov hakimi təhqir etməsinə və hədə-qorxu gəlməsinə görə 15 oyun stadiona girişinə qadağa qoyulub.

Qeyd edək ki, milli komandamızın sabiq üzvü paytaxt klubunda seleksiyaçı kimi çalışır.