AFFA Elvin Camalovla bağlı araşdırmalara başladı

affa-elvin-camalovla-bagli-arasdirmalara-basladi
Oxunma sayı: 1798

AFFA “Sabah”ın sabiq futbolçusu və kapitanı Elvin Camalovla bağlı araşdırmaya başlayıb.

Bu barədə “Qafqazinfo”ya açıqlamasında AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib: 

“Sabah” Fubol Klubundan bizə rəsmi məktub daxil olub. Məsələ ilə bağlı aidiyyatı komitələr tərəfindən araşdırma başlanılıb”.

Qeyd edək ki, “Sabah” klubu Elvin Camalovun onların futbolçusu Cesse Sekidika ilə danışıqlarını qaydaların pozulması kimi dəyərləndirərək, bu barədə AFFA-ya rəsmi müraciət ünvanlayıb.