Afiəddin Məmmədovun ittihamı ağırlaşdırıldı

afieddin-memmedovun-ittihami-agirlasdirildi
Oxunma sayı: 2082

Həbsdə olan ictimai fəal Afiəddin Məmmədovun ittihamı ağırlaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, ona qarşı yekun olaraq Cinayət Məcəlləsinin 126.2.4-cüq (qəsdən sağlamlığa zərər vurma-ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə), 228.4-cü (qanunsuz soyuq silahı əldə etmə və gəzdirmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

İş üzrə ibtidai istintaq başa çatıb. Yaxın günlərdə toplanmış materiallar məhkəməyə göndəriləcək.

Qeyd edək ki, A.Məmmədov ilk olaraq CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü ( xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdi. Bu ilin sentyabrında onun haqda həbs qətimkan tədbiri seçilib.

Afiəddin Məmmədov “Demokratiya 1918” Hərəkatının İdarə Heyətinin üzvü olub. Hərəkat bir müddət əvvəl ləğv edildiyini elan edib.